Alyaskada təyyarə qəzaya uğrayıb: ölənlər və yaralananlar var

30-06-2019, 08:32           
Alyaskada təyyarə qəzaya uğrayıb: ölənlər və yaralananlar var
Alyaskada Muz Pass yaşayış məntəqəsinin yaxınlığında təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində üç nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerli vaxtla 16:00 radələrində baş verib. Qeyd edilir ki, təyyarə Tern gölünün şimalında dağa çırpılıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.