Dünyanın ən böyük hava limanı hazırdır

1-07-2019, 07:39           
Dünyanın ən böyük hava limanı hazırdır
Çinin paytaxtı Pekində dünyanın ən böyük "Dasin" beynəlxalq hava limanının tikintisi başa çatıb.

Teleqraf.com-un məlumatına görə, dünyanın ən böyük hava limanının tikintisinə 60 milyard dollara yaxın vəsait xərclənib.

"Qızıl simurq" formasında yalnız bir terminalı və 1 milyon kvadrat metr ərazisi olan hava limanının açılışı sentyabrın 30-una nəzərdə tutulub.

Qeyd edək ki, "Dasin" hava limanı Pekinin cənubunda, şəhərin mərkəzində 46 kilometr aralıda yerləşir. Hava limanın tikintisi 2016-cı il 15 mart tarixində başlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru