Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI

26-07-2019, 00:28           
Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI
Azərbaycanda Qurban bayramı avqustun 12-də (zilhiccə ayının 10-u) qeyd olunacaq.
Hurriyyet.org bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimə istinadən xəbər verir.
QMİ-dən bildirilib ki, bayram namazı avqustun 12-də saat 09:00-da qılınacaq.
Təzə Pir məscidində qılınacaq namaza QMİ-sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qatılacaq.
QMİ-dən o da bildirilib ki, idarənin Qazılar Şurası yaxın günlərdə bayramda qurban kəsimi qaydaları ilə bağlı tövsiyələrini açıqlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il Qurban bayramı ilə əlaqədar olaraq avqustun 12-i və 13-ü Azərbaycanda qeyri-iş günüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru