İspaniyada qədim xəzinədən tapılan bu metal hamını heyrətə gətirdi

25-02-2025, 08:34           
İspaniyada qədim xəzinədən tapılan bu metal hamını heyrətə gətirdi
Beynəlxalq tədqiqatçılar qrupu, Salvador Rovira-Llorensin rəhbərliyi ilə İspaniya ərazisindəki ən mühüm Tunc dövrü kolleksiyalarından biri hesab olunan Villena xəzinəsi arasında qeyri-adi tapıntıya rast gəlib.
İqtisadiyyat.az xəbər verir ki, aparılan araşdırma nəticəsində dəmir qolbaq və qızıl suyuna salınmış boş yarımkürə formasında bir əşyanın yerüstü mənşəli olmayan metal – meteorit dəmirindən hazırlandığı müəyyən edilib.

Bu tədqiqat "Trabajos de Prehistoria" (TP) jurnalında dərc olunub.

Bu kəşf, İberiya yarımadasında metallurgiya texnologiyalarının 3 min il əvvəl kifayət qədər inkişaf etmiş olduğunu göstərib. Uzun müddət bu dəmir artefaktların mənşəyi müəmmalı qalmışdı, çünki Pireney yarımadasında Dəmir dövrü yalnız e.ə. 850-ci ildə başlamışdı. Halbuki, Villena xəzinəsindəki qızıl əşyalar e.ə. 1500–1200-cü illərə aid edilir.

Metalların tərkibini müəyyənləşdirmək üçün tədqiqatçılar spektrometrik analiz aparıblar. Nəticədə, materialda yüksək nikel tərkibi aşkarlanıb ki, bu da meteorit dəmirinin əsas xüsusiyyətlərindən biridir. Bu, o deməkdir ki, bu artefaktlar insanların yerüstü filizlərdən dəmir əldə etməyi öyrənməsindən əvvəl hazırlanıb.

Güclü korroziya bu nəticənin tam təsdiq edilməsinə mane olsa da, alimlər yeni, qeyri-invaziv analiz metodlarından istifadə edərək tədqiqatı davam etdirməyi planlaşdırırlar. Əgər hipotez təsdiqlənsə, bu tapıntılar İspaniyada meteorit dəmirindən hazırlanmış ilk artefaktlar kimi tarixə düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru