MSK-dan Çingiz Əsədullayevin mandatının ləğvi haqda AÇIQLAMA
17-11-2015, 20:57
90 saylı Ağdaş seçki dairəsində nəticələr bu dairədən namizədliyini irəli sürmüş şəxslərin şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq ləğv edilib.
Bu barədə virtualaz.org saytının sorğusuna cavab olaraq MSK-dan bildiriblər.
Mənbə təsdiq edib ki, bu şikayətlərin araşdırılması üçün MSK-da keçirilmiş iclasa nə Çingiz Əsədullayev, nə də onun nümayəndələri dəvət olunmayıb.
“Seçki qanunvericiliyinə əsasən belə vəziyyətdə mübahisəli dairədən qalib elan edilmiş namizədin özünün və ya nümayəndəsinin həmin dairədən daxil olmuş şikayətlərin araşdırılması üçün keçirilən iclasa dəvət edilməsi məcburi deyil” - deyə mənbə bildirib.