Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Zabrat qəsəbəsində yaşayan 1977-ci il təvəllüdlü Əlişan Kərimov tanışı Zaur Hüseynova məxsus fərdi yaşayış evində boruları rəngləyən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan Ə.Kərimov yerindəcə keçinib.
Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır.