Nəfəs alma tərzinin görmə ilə əlaqəsi kəşf edilib

25-02-2025, 15:26           
Nəfəs alma tərzinin görmə ilə əlaqəsi kəşf edilib
"Göz bəbəyinin ölçüsü tənəffüsdən asılı olaraq dəyişir. Bu, görmə qavrayışına təsir edə bilər".

Oxu.Az-ın məlumatına görə, İsveçin Şimali Karolinska İnstitutunun alimləri apardıqları uzunmüddətli tədqiqatlardan sonra bu qənaətə gəliblər. Yeni fizioloji mexanizmin kəşfi "The Journal of Physiology" (TJP) elmi jurnalında dərc olunub.

Bu yaxınlara qədər göz bəbəyinin ölçüsünə təsir edən üç amil məlum idi: işıq, fokus məsafəsi və koqnitiv faktorlar.

Araşdırma qrupu 200-dən çox insanın iştirak etdiyi beş eksperiment keçirib. Nəticələr göstərib ki, göz bəbəyi nəfəs almağın əvvəlində minimum ölçüyə, nəfəs verərkən isə maksimum ölçüyə çatır. Bu təsir iştirakçıların necə nəfəs almasından (burunla və ya ağızla, sürətli və ya yavaş) asılı olmayaraq, həmçinin işıqlandırma və ya yerinə yetirilən tapşırıqlardan asılı olmayaraq sabit qalıb.

Tədqiqatçıların fikrincə, kiçik bəbəklər detalları ayırd etməyə kömək edir, böyük bəbəklər isə zəif görünən obyektləri tapmağı asanlaşdırır.

Alimlərin sözlərinə görə, bu kəşf nevroloji xəstəliklərin, məsələn, parkinson xəstəliyinin diaqnostikasında faydalı ola bilər, çünki bu xəstəlikdə göz bəbəyinin funksiyalarının pozulması erkən simptomlardan biridir.

Gələcəkdə alimlər tənəffüs zamanı göz bəbəyinin dəyişməsinin real şəraitdə görmə qabiliyyətinə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru