Su içməyin faydaları nələrdir?
Bu gün, 15:34

Damarlarda dolaşan qanımızın böyük hissəsi sudan ibarətdir və qan hüceyrələrimiz arasında oksigen daşıdığı üçün kifayət qədər su istehlak etməsək qanın sərtliyi artır və orqanlara kifayət qədər oksigen çatdırıla bilmir və damarlarda tıxanmalar başlayır. Bu da özü ilə bir çox xəstəlikləri gətirir.
İndex.az xəbər verir ki, kafi miqdarda istehlak edilmədikdə mədə turşusu, qastrit kimi şikayətlər artır. Su mədə turşusunun qarşısını alır.
Yenə qeyri-kafi su istehlakı qaraciyər və böyrəklərə böyük ziyan vurur. Bədəndən toksinləri çıxara bilmədikdə, bir çox xəstəliklə mübarizə aparmalı oluruq.
Hamiləlik dövründə su istehlakı çox vacibdir, çünki körpəni ehtiva edən amniotik mayenin davamlılığı körpənin ana bətnində inkişafı üçün lazımdır.
Yenə problemsiz həzm sistemi üçün ən əhəmiyyətli vərdişimiz kifayət qədər su istehlak etməkdir. Gündə ən az 8 stəkan su ilə də ağız sağlamlığımızı qoruya bilərik. Susuzluq stress əmsalımızı artırır və gərgin insan olmağımıza səbəb olur.
Su, kosmetik məhsullardan çox dəri sağlamlığımızın ilk əvəzolunmaz hissəsi olmalıdır. Çünki su dərini daha canlı və parlaq edir. Susuzluq gün ərzində yuxusuzluq kimi problemlər yaradır və enerjimiz azalır.
Su ağrı kəsici xüsusiyyətlərə malikdir. Məsələn, oynaq boşluqlarında yağlama təmin edən maye komponenti su ehtiva edir. Yetərsiz su istehlakı halında, oynaqlararası mayelərlə birlikdə oynaqların yağlanması azalır. Hərəkət zamanı oynaqlarda ağrı və səs-küyə səbəb olur.
Qripə bənzər yoluxucu xəstəliklərlə mübarizə apararkən orqanizmin müqavimətinə töhfə verir. Süd verən analarda süd əmələ gəlməsini artırır. Saç sağlamlığı üçün də böyük faydalar təmin edir. Özümdən bilirəm ki, daha az su qəbul edəndə saçlarım canlılığını itirir.
Gün ərzində orqanizmdən sidiklə orta hesabla 1500 ml, tərləmə və buxarlanma ilə dəridən 400 ml, nəcislə 200 ml, tənəffüslə orta hesabla 300 ml su sərf olunur və gündə orta hesabla 2500 ml su itirilir. Yaz aylarında bu miqdar təxminən 500 ml daha çox olur. Yeməkdən aldığımız su ilə ehtiyacımızın ancaq 30%-ni ödəyə bilirik. Sağlam həyat üçün gündə 2-3 litr su içməyə diqqət etməliyik.