Qadın içib kişini bıçaqladı - Azərbaycanda

24-09-2019, 11:41           
Qadın içib kişini bıçaqladı - Azərbaycanda
Cəlilabadda bıçaqlanma hadisəsi olub.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qüdrət İsmayılov küçəsi, mənzil 15-də qeydə alınıb. Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Heydər Əsgərov qonşusu Namiq Abışovun evində onunla və tanışı, 1960-ci il təvəllüdlü Süsən Əliqi ilə birlikdə spirtli içki qəbul edib. Daha sonda N.Abışov yenidən spirtli içki almaq üçün mağazaya gedib. Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb. Spirtli içkinin təsirində olan S.Əliqi H.Əsgərovu bıçaqlayıb.

S.Əliqi hüquq-mühafizə orqanları tərəfindın saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru