Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi

26-11-2019, 09:10           
Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru