"Facebook"un işində problem yaranıb

27-11-2019, 06:25           
"Facebook"un işində problem yaranıb
Bu gün bir sıra ölkələrdə “Facebook” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

“Report” “Downdetector” xidmətinin məlumatlarına istinadən xəbər verir ki, problem, xüsusilə ABŞ, Böyük Britaniya, Fransa, Hollandiya, Polşa və Fillipində müşahidə olunub.

“Downdetector” xidmətinə görə, “Facebook” istifadəçilərinin təxminən 44 faizi xəbər lentinin nasazlığından şikayət edib.

Bundan başqa istifadəçilərin 33 faizi şəbəkənin tamamilə bağlandığını, istifadəçilərin təxminən 21 faizi hesablarına daxil olmaqda problem yaşadığını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.