Moskvanın hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir

27-11-2019, 07:17           
Moskvanın hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir
Moskvanın hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir.

“Report” xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Vnukova hava limanında 5 reys gecikir və 2 reys ləğv edilib.

Domodedovoda 3 reys gecikir, 14 reys ləğv edilib, Şerementyevoda isə ümumilikdə 2 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru