Bakıda polisə müqavimət - İki gənc qandallandı - FOTO

7-12-2015, 15:00           
Bakıda polisə müqavimət - İki gənc qandallandı - FOTO
Əlində bıçaq olan şəxs onlardan yayınmaqdan ötrü bıçaq çıxarıb
Nərimanov rayonunda polis əməkdaşı ilə iki gənc arasında insident olub. teref.az aznews.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Təbriz küçəsi 44 ünvanında qeydə alınıb. Hadisəyə səbəb telefon aksessuarlarının satıldığı mağazanın qarşısında 2 gənc arasında davanın başlaması və hadisəyə polisin müdaxilə etməsi olub. İctimai asayişi pozduqlarına görə dava edən gənclərə yaxınlaşan polis əməkdaşı gənclərdən birinin müqaviməti ilə rastlaşıb. 20-22 yaşlarında gənc oğlan əlindəki soyuq silahla polisdən yayınmağa çalışıb. Lakin polis əməkdaşı onu zərərsizləşdirməyə nail olub və hər iki gənc polis bölməsinə aparılıb. Gəncləri saxlayan polis hadisəni seyr edən sakinlərə bildirib ki, əlində bıçaq olan şəxs onlardan yayınmaqdan ötrü bıçaq çıxarıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru