İtkin düşmüş neftçilərdən 6-nın cəsədi tapıldı

7-12-2015, 21:15           
İtkin düşmüş neftçilərdən 6-nın cəsədi tapıldı
"Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

teref.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru