Misir Mərdanovun qardaşı işdən ÇIXARILDI

7-12-2015, 21:21           
Misir Mərdanovun qardaşı işdən ÇIXARILDI
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bu gün nazirliyin Aparat rəhbərinin müavini İlham Cumayıl oğlu Mərdanovun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

Savash.org aznews.az-a istinadən xəbər verir ki, İlham Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. O, MTN işi çərçivəsində həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın ətrafına daxil olub. Bəzi məlumatlara görə, İ.Mərdanov qanunsuzluqlara göz yumması müqabilində hər ay Vidadi Zeynalovdan 5 min manat “paket” alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru