İcra başçsı həbs edildi - KEÇMİŞ

9-12-2015, 21:45           
İcra başçsı həbs edildi - KEÇMİŞ
Bakı Ağır Cinayətlər Məhkəməsində Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra zamində olan R. Alışovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmənin baxış iclası dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, R. Alışov Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham olunur.

Onu da qeyd edək ki, o, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru