Bakıda məşhur restoranda zəhərlənmə: 1 ölü
24-12-2019, 16:36

Bakıda iki nəfər restoranda zəhərlənib.
Axar.az xəbər verir ki, Bakı şəhər sakini Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə Nərimanov rayonu, K.Rəhimov küçəsindəki “Baku Voice Rooms” və Nəsimi rayonu, Tiflis prospektindəki “Baku City” restoranlarında müxtəlif spitrli içki və qida qəbul ediblər. Bu zaman hər iki şəxsin səhhəti pisləşib.
S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qeyd olunan hadisə ilə bağlı agentliyinə məlumat daxil olduqdan dərhal sonra əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.