İşqıpulunu verməyən nardaranlılara işıq da verilməyəcək

10-12-2015, 11:31           
İşqıpulunu verməyən nardaranlılara işıq da verilməyəcək
Nardaranda sakinlərə elektrik enerjisi verilməsi üçün smart-aparatlar quraşdırlıb. Bu haqda Turan-a “Azərişıq” ASC-nin mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

O, bunu da qeyd edib ki, bunun üçün sakinlər “Azərişıq”da yaradılmış qərargaha müraciət etməli, fərdi qaydada müqavilə imzalmalıdırlar. Onun sözlərinə görə, bundan sonra ödədikləri vəsaitə uyğun kartlara yüklənəcək enerjidən istifadə etmək hüququ qazanacaqlar.

Sakinlərin borcları məsələsinin necə həll ediləcəyi sualına T.Mustafayev “bu sonrakı məsələdir” cavabı verib.

Nardaran qəsəbəsinə elektrik enerjisi verilməsi kənddə polisin keçirdiyi xüsusi əməliyyatdan sonra dayandırılıb. Enerji verilməsində fasilə yaranmasına səbəb kimi kəndin 42 milyon manat enerji borcu olması göstərilir. Kənd əhalisi isə bu qədər borcun ola bilməsini inandırıcı saymayaraq, bu məsələnin uyğun qurumlarla birgə araşdırılmasını istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru