Nardaranda daha bir islamçı tutuldu

10-12-2015, 14:21           
Nardaranda daha bir islamçı tutuldu
Nardaran qəsəbəsində 4 dekabr 2015-ci ildən axtarışda olan daha bir radikal islamçı saxlanılıb.

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat çərçivəsində “Müsəlman Birliyi Hərəkatı”nın üzvü, 1982-ci il təvəllüdlü Şirvanov Seyfəddin Nurulla oğlu saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, S.Şirvanov noyabrın 26-da, ilahiyyatçı Taleh Bağırzadənin və 14 tərəfdarının həbsi ilə bağlı keçirilən xüsusi əməliyyatdan sonra Nardaranda kütləvi qarışıqlıq yaratmağa çalışıb və qəsəbə sakinlərini açıq şəkildə hakimiyyəti zor gücü ilə zəbt etməyə və dövlətə qarşı fəaliyyətə çağırıb.

Xatırladaq ki, Nardaran hadisələri ilə bağlı indiyədək 20 nəfərdən çox adam şübhəli şəxs qismində saxlanılıb. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru