Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada ölüb

29-12-2019, 05:53           
Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada ölüb
Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

Hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.

Lakin, bir müddət sonra geri dönərək Ə. Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin, həkimlərin səyinə baxmayaraq Ə. Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru