Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb

29-12-2019, 08:05           
Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb
Rusiyanın Volqoqrad vilayətində, Moskva - Arxanqelsk magistral yolunda baş verən yol qəzasında dörd nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Rusiya Daxili İşlər Nazirliyinin bölgədəki mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza dekabrın 29-da, gecə saatlarında Moskva-Arxanqelsk magistralının 676-cı kilometrliyində baş verib. İlkin məlumatlara görə, avtomobilin sürücüsü qarşı zolağa çıxaraq digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində qarşı zolağa çıxan avtomobildə olan dörd nəfər, 1997-ci il təvəllüdlü sürücü, 1997 və 1975-ci il təvəllüdlü sərnişinlər və şəxsiyyəti müəyyən edilməmiş digər bir sərnişin ölüb. Digər avtomobildə olan sürücü və sərnişini xəstəxanaya müayinə üçün göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru