Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binə qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Əliyev Samir Seyfulla oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, S. Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun texniki şöbəsinin əməkdaşıdır.(APA)