Nardaranda zibillikdən silah və bir evdən silah və narkotik tapılıb

11-12-2015, 14:38           
Nardaranda zibillikdən silah və bir evdən silah və narkotik tapılıb
Nardaranda içərisində silah olan kisə tapılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində AKS markalı silah, 39 ədəd patron və patron darağı olan kisə aşkar edilib.
Bakının Nardaran qəsəbəsində yaşayan şəxsin evindən narkotik və silah tapılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru