"Honda" pilotsuz avtomobillərin satışına başlayacaq

4-01-2020, 08:24           
"Honda" pilotsuz avtomobillərin satışına başlayacaq
"Honda" avtomobil konserni üçüncü səviyyəli avtomatlaşdırma ilə pilotsuz avtomobillərin satışına başlayacaq ilk yapon istehsalçısı olacaq.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin şirkətdəki mənbəyinin məlumatına görə, üçüncü səviyyəli adlandırılan pilotsuz texnologiyalı avtomobillərin satışına artıq bu il start veriləcək. Üçüncü səviyyə avtomobilin daxilindəki sürücüyə yoldan yayınmaq, oxumaq və televiziyaya baxmaq kimi işlərlə məşğul olmağa imkanı yaradacaq.

Yeni “Honda” avtomobili eyni zamanda avtopilot rejimində yalnız aşağı sürətlə və ya tıxaclar zamanı yollarda hərəkətdə ola biləcək. “Kyodo” qeyd edir ki, artıq “Audi” şirkəti Yaponiyada üçüncü səviyyəli pilotsuz texnologiyalarla avtomobillər satır.

“Honda”nın sınaqlarının ilin ortalarında başa çatacağı gözlənilir. Şirkət yeni məhsulunu bu ilin iyulunda təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru