Ermənistanın Armavir vilayətində kütləvi dava olub.

4-01-2020, 20:25           
Ermənistanın Armavir vilayətində kütləvi dava olub.
Teref.az “Report”a istinadən xəbər verir ki, qarşıdurmada bir neçə nəfər xəsarət alıb və onlardan 5-i xəstəxanaya aparılıb. Onlardan biri də bıçaq yarası alıb.

Polisdən bildirib ki, hadisəyə avtomobillərdən birinin sürücüsünün sürət həddini aşması səbəb olub. Nəticədə bir neçə nəfər arasında kütləvi dava başlayıb.

İşə qarışan polis davada iştirak edən 13 nəfəri saxlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.