Sərxoş sürücü dəhşət saçdı - Avtomobili turistlərin üzərinə sürdü, çoxlu sayda ölü və yaralı var

5-01-2020, 17:10           
Sərxoş sürücü dəhşət saçdı - Avtomobili turistlərin üzərinə sürdü, çoxlu sayda ölü və yaralı var
İtaliyada çox sayda turistin ölümünə və yaralanmasına səbəb olan qəza baş verib.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda yaşanıb.

Bildirilir ki, sərxoş sürücü avtomobili Almaniyadan gəlmiş turistlərin üstünə sürüb. Hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb. Hələlik maşınla vurulmuş turistlərin adları açıqlanmayıb.

Artıq sürücünün polislər tərəfindən saxlanıldığı deyilir. Onun 28 yaşlı olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru