Nyu-Dehlidə naməlum maskalılar universitetdə tələbə və müəllimlərə hücum edib, azı 18 nəfər xəsarət alıb

6-01-2020, 09:12           
Nyu-Dehlidə naməlum maskalılar universitetdə tələbə və müəllimlərə hücum edib, azı 18 nəfər xəsarət alıb
Nyu-Dehlinin aparıcı universitetlərindən biri olan Cəvahirləl Nehru adına Universitetin düşərgəsinə maskalı naməlum şəxslərdən ibarət böyük bir qrupunun hücumu nəticəsində azı 18 nəfər ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Üzləri bağlanmış, dəyənəklərlə silahlanmış 50-yə yaxın naməlum şəxsdən ibarət dəstə düşərgəyə soxulub. Cinayətkarlar avtomaşınları sındırıblar, tələbələr və müəllimləri döyüblər. Bu hərəkətin arxasında konkret kimin dayandığı hələ məlum deyil. Hücuma məruz qalan universitetin tələbələrinin ehtimalına görə, hücum edənlər sağçı gənclər təşkilatlarının üzvləridir. Belə ki, Cəvahirləl Nehru adına Universitet Nyu-Dehlidə solçu tələbələrin dayağı sayılır.

Polis hadisənin səbəbləri ilə əlaqədar istintaq araşdırmalarına başlayıb. Məlumata görə, cinayətkarların ələ keçirilməsi üçün universitetin şəhərciyində axtarış aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru