Azərbaycanda daha bir polis yol qəzasında öldü

6-01-2020, 11:25           
Azərbaycanda daha bir polis yol qəzasında öldü
Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru