Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən “Şirvan” hotelində qeydə alınıb.
Orada mühasib işləyən, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Orxan Alıcanov hotelin damından özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.