Yasamalda etiraz aksiyası: sakinlər yolu bağladı

12-12-2015, 13:29           

“Arabaçı” MTK-nın Yeni Yasamalda tikdiyi binalarda yaşayan sakinlər yenə aksiya keçiriblər.

Onlar yaşadıqları binaya neçə ildir ki, qaz verilməməsindən şikayətçidirlər.

Bütün dövlət qurumlarına müraciət edən, amma cavab almayan sakinlər çarəni yolu kəsməkdə görüblər.

Polisin müdaxiləsindən sonra sakinlər yoldan çəkiliblər. Polis rəisinin müavini sakinlərin şikayətlərini aidiyyəti orqanlara çatdıracaqlarını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru