Paris teraktında amerika silahından istifadə olunub

12-12-2015, 22:18           
Paris teraktında amerika silahından istifadə olunub
Fransanın paytaxtı Parisdə törədilən silsilə teraktlarla bağlı yeni məlumatlar üzə çıxıb.
Axar.az xəbər verir ki, serbiyalı silah istehsalçısı “Zastava”nın direktoru Milojko Brzakoviç hücumda istifadə olunan bir tapançanın ABŞ-ın “Sentri İntenəşnl Arms”a məxsus olduğu açıqlayıb.
Onun sözlərinə görə, hücum zamanı istifadə olunan M92 tipli tapança 2013-cü ildə ABŞ şirkəti tərəfindən sifariş olunub və elə həmin il “Zastava” fabriklərinin birində hazırlanaraq ABŞ-a göndərilib.
Hazırda Mərkəzi Florida ştatında yerləşən şirkətin Paris hücumları ilə əlaqəli ola biləcəyi araşdırılır. Digər tərəfdən sözügedən silahların ABŞ-a göndərildiyi ortaya çıxsa da, silahların yenidən Avropaya qayıtması qaranlıq qalır.
Xatırladaq ki, “Sentri İntenəşnl Arms” şirkətinin adı 1980-ci illərdəki İran-Kontras qalmaqalında da hallanıb. Şirkət 1980-1986-cı illərdə Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru