“Bildiyim odur ki, ölkədəki bütün saytlar dövlət tərəfindən maliyyələşdirilir” - Mehman Əliyev

13-12-2015, 22:15           
“Bildiyim odur ki, ölkədəki bütün saytlar dövlət tərəfindən maliyyələşdirilir” - Mehman Əliyev
"Bildiyim odur ki, ölkədəki bütün saytlar dövlət tərəfindən maliyyələşdirilir”

Bunu Moderator.az -a açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib.

"Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclunun Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəhbərliyinin 48 sayt yaratması məsələsinə münasibət bildirən M.Əliyev bu barədə məlumatsız olduğunu vurğulayıb: "Bu barədə məlumatım olmadığı üçün konkret nəsə deyə bilmərəm. Bütün saytlara müxtəlif nazirliklər və ya yaxud da prezident administrasiyası vəsait ayırır. Bütün bu saytların siyahısı, kimə nə qədər verildiyi, kimin nə qədər aldığı prezident administrasiyasında var. Bu vahid siyasətdir və vahid idarəetmədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru