Neft yatağındakı qəzada mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradılıb

14-12-2015, 08:15           
Neft yatağındakı qəzada mümkün neft dağılmaları ilə mübarizə üçün işçi qrupu yaradılıb
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və BP şirkətinin əməkdaşlarının daxil olduğu işçi qrupu yaradılıb.

FHN-dən APA-ya verilən məlumata görə, ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə FHN-nin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Qeyd edək ki, qəzanın qəzanın nəticələrinin aradan qaldırılması üçün nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru