Cavid Hüseynovun həbs müddəti 1 ay yox, 2 ay uzadılıb

14-12-2015, 16:27           
Cavid Hüseynovun həbs müddəti 1 ay yox, 2 ay uzadılıb
“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti 1 ay yox, 2 ay müddətinə uzadılıb”.

Bunu musavat.com-a açıqlamasında həbsdə olan futbolçunun vəkili Adəm Məmmədov deyib.

Xatırladaq ki, noyabrın 6-da Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət etmişdi.

Adəm Məmmədovun adından yayılan açıqlamada bildirlirdi ki, Səbail Rayon Məhkəməsi Cavid Hüseynovun həbs-qətimkan tədbirinin müddətinin 1 ay uzadılması barədə qərarını verib.

Vəkil bildirib ki, həmin məlumatda texniki səhvə yol verilib.

Onu da qeyd edək ki, jurnalist Rasim Əliyevin ölüm faktı üzrə qaldırılan cinayət işinin istintaqı yekunlaşıb.

Zərərçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev cinayət işinin məhkəməyə yanvarın sonu, fevral ayının əvvəllərində göndəriləcəyini ehtimal edir.

Xatırladaq ki, jurnalist Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bu il avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Ölüm hadisəsi ilə bağlı futbolçu Cavid Hüseynov da saxlanılıb.

Əlavə edək ki, jurnalisti döyən C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 4 nəfər həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.