Rusiyada azərbaycanlı biznesmen tutuldu

5-03-2020, 08:37           
Rusiyada azərbaycanlı biznesmen tutuldu
Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlı biznesmen tutulub.

O, qanunsuz olaraq siqaret alveri ilə məşğul olub. Həmin şəxsə məxsus 2,3 milyon rubl (59,340 AZN) dəyərində 70 000-dən çox aksiz markası olmayan siqaret qutusu aşkar edilib. O, siqaret qutularını Botanika rayonunda qarajda saxlayıb.

Azərbaycan vətəndaşının 2019-cu ilin aprel ayından bu fəaliyyətlə məşğul olduğu məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, onun satdığı siqaretlərin içərisində tütündən çox digər qarışıqlar olub. Məhsul qanunsuz şəkildə istehsal edilib.

Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru