Balıq yağışı yağdı

5-03-2020, 19:33           
Balıq yağışı yağdı
Belə yağışlar azı ildə bir dəfə güclü qasırğa zamanı müşahidə edilir

Avstraliyanın Yova şəhərinin sakinləri leysan yağışdan sonra əmələ gəlmiş gölməçələrdə balıqların üzdüyünü aşkar ediblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sakinlərin bildirdiyinə görə həmin balıqların uzunluğu 7 santimetrə çatır. Bu balıqlardan çoxunun sağ olduğu da bildirilir.

Qeyri-adi yağışın “Ester” tropik siklonu ilə əlaqədar olduğu qeyd edilir. Həmin siklonun fevralın sonlarında Sakit okeanın cənubunda əmələ gəldiyi və Avstraliyanın şimal hissəsindən keçərək onun qərbinə çatdığı bildirilir. Hazırda geri qayıdan siklon bəzi yerlərdə daşqınlara da səbəb olub.


Mütəxəssislərin bildirdiyinə görə, balıq yağışı Avstraliya üçün heç də qeyri-adi hal deyil. Belə yağışlar azı ildə bir dəfə güclü qasırğa zamanı müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru