Bakıda yaşayış binasında 13 elektrik sayğacı yandı 7-03-2020, 09:33 Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 13 ədəd elektrik sayğacı yanıb.Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Facebook-da paylaş