Azərbaycanda yaşlı kişi amansızlıqla qətlə yetirildi
8-03-2020, 00:00
Saatlıda 55 yaşlı kişi qətlə yetirilib. Hadisə rayonun Qara Nuru kəndində baş verib. Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə öldürülüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)