“Facebook” bu reklamları qadağan etdi

8-03-2020, 01:08           
“Facebook” bu reklamları qadağan etdi
“Facebook” şirkəti sosial şəbəkədə tibbi maskaların reklam olunmasına qadağa qoyub.

Bu qərar koronavirus epidemiyası ilə bağlı artan tələbat nəticəsində möhtəkirlik fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılması kontekstində bu məhsula artan tələbatdan sui-istifadə etməyə çalışanlar barədə tədbirlər görüləcək.

Bundan əvvəl, “Facebook” “koronavirusdan sağaldan və yoluxmanın qarşısını alan” vasitələrin reklamını qadağan etmiş və virusla bağlı yalan məlumatların qarşısını alacağını bəyan etmişdi. \\Yenicag












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru