Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü - Səbəbi bilinmir 2-04-2020, 18:00 Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində baş verib.Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş