“Urals” nefti 10 dollara düşüb

2-04-2020, 18:12           
“Urals” nefti 10 dollara düşüb
Rusiyanın “Urals” markalı nefti ucuzlaşmaqda və 1999-cu ilin mart ayı səviyyəsinə düşməkdə davam edir.

“Report” “Argus Media”nın məlumatına əsasən xəbər verir ki, şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti aprelin 1-də 10,54 dollar/barel təşkil edib.

Bu markalı neftin bir barelinə görə endirim isə ötən həftədəki səviyyədə - 4,75 ABŞ dolları olaraq qalıb. Bu 2008-ci ildən indiyədək ən maksimum endirimdir.

Qeyd edək ki, hazırda London birjasında "Brent" markalı neftin bir bareli 10,55% bahalaşaraq 27,35 ABŞ dolları, Nyu-York birjasında WTI markalı neftin bir bareli 10,64% artaraq 20,47 ABŞ dolları təşkil edir. Birjalarda neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya və Səudiyyə Ərəbistanı ilə bazarı tənzimləmək üçün tezliklə razılığa gələcəyi ilə bağlı bəyanatından sonra artmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru