Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb

4-04-2020, 07:21           
Folklend adalarında ilk koronavirusa yoluxma halı aşkarlanıb
Folklend (Malvin) adalarında COVİD-19 virusuna ilk yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə adaların hakimiyyəti "Twitter" səhifəsində xəbər yayıb.

"Folklend adalarında COVİD-19 virusuna yoluxma halı təsdiqlənib. Koronavirus testi müsbət nəticə göstərən pasient xəstəxanada təcrid olunub", - məlumatda deyilir.

Folklend (Malvin) adalar - Atlantik okeanının cənub-qərb hissəsində yerləşən, iki böyük - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarət ərazidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru