Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib

4-04-2020, 11:34           
Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib
Nyu-Yorkda son sutka ərzində yeni növ koronavirusdan, təxminən, 2 min nəfərin ölməsindən sonra ABŞ hökuməti Pentaqondan hərbi cənazə qruplarının bu şəhərə göndərilməsini istəyib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, Pentaqon koronavirus qurbanlarının cəsədlərinin basdırılmasında yandırılmasında yerli səlahiyyətlilərə kömək üçün 42 nəfəri Nyu-Yorka göndərib. Bundan əvvəl hərbçilər Virciniyada analoji iş üzrə yardım ediblər.

Con Hopkins Universitetindən verilən məlumata görə, Nyu-Yorkda ümumilikdə 102 987 koronavirus, 2 935 ölüm hadisəsi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru