FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,90 dollar artaraq 24,14 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.