Bakıda erməni qadın məhkəməyə müraciət etdi - FOTO
4-04-2020, 14:02
Bakıda erməni qadın Xəzər Rayon Qeydiyyat Şöbəsini məhkəməyə verib.
“Yeni Sabah”ın xəbərinə görə, Abkaryan İlona Slavikovna Bakı İnzibati Məhkəməsinə ərizə yazaraq göstərib ki, Xəzər Rayon Qeydiyyat Şöbəsi onun vətəndaşlıq vəziyyəti aktları ilə bağlı hüquqlarını pozub.
Aprel ayının 14-də hakim Şəlalə Həsənovanın sədrliyi ilə daxil olmiş şikayətlə bağlı mümkünlük iclası keçiriləcək.