Bakıda bir gündə ayrı-ayrı ünvanlarda iki qadın meyiti tapıldı

8-04-2020, 02:31           
Bakıda bir gündə ayrı-ayrı ünvanlarda iki qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Popova Tatyana Qeorqiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Ondan əvvəl isə FHN-in xilasediciləri yenə daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunda bağlı qapı arxasında qalmış 1947-ci il təvəllüdlü Arefyeva Svetlana Mixaylovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru