Ata və 5 yaşlı oğlunun suda boğulması ilə nəticələnən hadisənin VİDEOSU

8-04-2020, 09:25           
Ata və 5 yaşlı oğlunun suda boğulması ilə nəticələnən hadisənin VİDEOSU
Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində boğulma hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, rayonun Astanlı kənd sakini Nurlan Əsgərov beş yaşlı oğlu Aslan Əsgərovla birgə şəxsi avtomobili ilə balıq tutmağa gedib.

Hava qəfil soyuduğundan ata oğlunu avtomobilin salonuna oturdub. Bu vaxt nəzarətsiz qalan azyaşlı uşaq avtomobili işə salıb. Hərəkət edən avtomobil birbaşa kollektora düşüb. Ata oğlunu xilas etmək üçün özünü suya atıb.

Lakin ata və beş yaşlı övladı suda boğularaq ölüb. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.


Əməliyyat qrupu ata və oğlunun meyitini taparaq sudan çıxarıblar. Hər iki meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru