“JEK” müdiri həbs edildi – Zərərçəkən Akademiyanın şöbə rəisidir

8-04-2020, 12:30           
“JEK” müdiri həbs edildi – Zərərçəkən Akademiyanın şöbə rəisidir
Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 151 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisinə vəzifədən sui-istifadə etmə maddəsi ilə cinayət işi başlanıb.

“Yeni Sabah”ın xəbərinə görə, Cinayət Məcəlləsinin 312.2-ci maddəs ilə təqsirləndirilən Mircəfərov Hacıağa Seyidəmir oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Keçmiş Mənzil-Kommunal İstismar sahəsinin rəisinin cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Cinayət işində zərərçəkmiş qismində Orucov Elcan Oruc oğlu tanınıb.

Belə ki, E.Orucov Milli Elmlər Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir. Qeyd edək ki, cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru