Belçikanın aldığı tibbi maskalar keyfiyyətsiz çıxıb

10-04-2020, 02:06           
Belçikanın aldığı tibbi maskalar keyfiyyətsiz çıxıb
Belçika tərəfindən alınan üç milyon tibbi maska istifadə üçün yararsız hesab edilib.

“Report” xəbər verir ki, bunu ölkənin telekommunikasiya naziri Filip de Baker yerli “LN24” kanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, tibbi maskalar insanların müdafiəsini kifayət qədər təmin etmirlər.

“Söhbət xəstəxanalarda istifadə olunan və yüksək qoruyucu xüsusiyyətlərə malik olan “FFP2” maskalarından gedir. Bununla birlikdə, müvafiq olaraq tibbi maskaların etiketi olmayıb və laboratoriya müayinələri də onların yararsız olduğunu sübut edib”-deyə, nazir bildirib.

Qeyd edək ki, tibbi maskalar 23 mart tarixində Belçika Səhiyyə Təşkilatı tərəfindən sifariş edilib.

Belçikada fərdi qoruyucu vasitələrin çatışmazlığı mövcuddur.

Ölkədə koronavirus xəstəliyi nəticəsində 2 523 nəfər dünyasını dəyişib, yoluxanların ümumi sayı isə 25 minə yaxındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru