Ukraynada koronavirusa yoluxanların sayı 2,2 mini ötüb

11-04-2020, 08:59           
Ukraynada koronavirusa yoluxanların sayı 2,2 mini ötüb
Ukraynada yeni növ koronavirusa yoluxanların sayı 2203 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ukraynan səhiyyə naziri Maksim Stepanov "İnter" telekanalının efirində deyib.

Nazir bildirib: "Xəstələnən 2203 nəfərdən 334-ü tibb işçisidir. Biz onları mümkün qədər fərdi qoruyucu vasitələrlə təmin etmək üçün hər gün çalışırıq".

Bundan əlavə, Ukraynada koronavirusdan 69 nəfər dünyasını dəyişib, 61 nəfər isə xəstəlikdən sağalıb. Ən çox yoluxma halları ölkənin paytaxtı Kiyevdə və qərb regionlarında qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru